Azərbaycan XİN İtaliyanı təbrik etdi

 10:45 02.06.2020     781

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı Respublika Günü münasibətilə təbrik edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“İtaliyanı Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan və İtaliyanı dostluq və tərəfdaşlıq əlaqələri bağlayır. Bu əlamətdar gündə dost İtaliya xalqına möhkəm cansağlığı, uğurlar, davamlı sülh və firavanlıq diləyirik”.