Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar iclasının GÜNDƏLİYİ

 18:45 02.06.2020     950

Milli Məclisin iyunun 5-də keçiriləcək növbədənkənar iclasının gündəliyi məlum olub.

Redaktor.az-ın məlumatına görə, iclasına gündəliyinə 4 məsələ daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

- "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin ediliməsi haqqında";

 -  "Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə" qanun layihəsi (birinci oxunuş);

 - "Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikası qanununda dəyişiklik ediləməsi barədə" qanun layihəsi (birinci oxunuş);

 - "Azərbaycan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi (birinci oxunuş).