Hikmət Babaoğlu: AŞPA qərəzli, qeyri-obyektiv təşkilatlardan biridir - AÇIQLAMA

 00:34 06.06.2020     1064

"Avropa Şurası beynəlxalq təşkilatlar içərisində ən qərəzli, qeyri-obyektiv təşkilatlardan biridir. İnsan hüquqlarının qorunmasını öz fəaliyyətinin prioritet istiqaməti hesab etməsinə baxmayaraq, heç də bu prinsiplərin əsas meyar olduğunu nümayiş etdirə bilmir". 

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, Avropa Şurası ayrı-ayrı ölkələrə münasibətdə ikili yanaşmalar sərgləyərək, subyektiv qərarlar qəbul edir:

"Bu qərarlar bəzən o dərəcədə qərəzli olur ki, bunu yalnız qarayaxma hesab etmək olar.Təəssüf ki, Azərbaycana münasibətdə Avropa Şurası daima qərəzli olub. Ölkəmizdə baş verən demokratik siyasi proseslərə həmişə qara eynəklə baxıb. Hətta bir çox hallarda işğalçı Ermənistanı dəstəkləməklə demiokratik prinsiplərə və beynəlxalq hüquqa hörmətsizlik edib. Halbuki, beynəlxalq universal hüquq və ondan doğan insan hüquq və azadlıqlarının qorunması Avropa Şurasının fəaliyyətinin əsas qayəsini təşkil etməlidir. Əgər belə olmasaydı, bu ilin mart ayının 31 də Qarabağdakı qondarma rejiminin keçirdiyi saxta seçkilərə ədalətli qiymət verməyi bacarardı. Ancaq onlar bunu etmədi".

Millət vəkili bildirib ki, Avropa Şurası daima ermənipərəst və islamafob mövqedən çıxış edir:

"Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlığı Təşkilatı kimi beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlər qondarma rejimin saxta seçki şousunu tanımadıqlarını bəyan etsələr də, Avropa Şurası bu barədə əsla bir mövqe bildirmədi. Ona görə də Azərbaycan ictimai rəyində bu təşkilatın heç bir nüfuzu yoxdur. Tam əksinə onun qərəzli və ölkəmizə qarşı  qarayaxma kompaniyası aparan bir təçkilat olması rəyi mövcuddur. Bu da əlbətdə səbəbsiz deyil. Çünki hamı açıq şəkildə görür ki, AŞPA içərimizəd olan 5 –ci kalona dəstək verir. Bütün hesabatlarını onların verdiyi yalan məlumatlar əsasında hazırlayır".

H.Babaoğlu Avropa Şurasının Azərbaycanın demokratik və hüquqi dövlət imicinə zərbə vurduğunu qeyd edib: 

"Bunulada birbaşa və dolayısıyla işğalçı Ermənistana beynəlxaq ictimai rəydə dəstək vermiş olur. Dünyada insan hüquq və azadlıqlarının ən çox pozulduğu, parlamentin gülləbaran edildiyi, terrorun dövlət siyasəti halına gətirildiyi ölkə Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox insanın qaçqın və məcburi köçkün halına salaraq, onların təməl hüquqlarını pozan Ermənistandır. Bu ölkə dövlət deyil, yaxşı təşkilatlanmış terror təşkilatıdır. Neofaşizimin qalasıdır. Ancaq Avropa Şurası bütün bunları görmür. Azərbaycana gəldikdə isə, heç bir əsası olmayan qərəzli qərarlar qəbul edir, insan hüquqlarının pozulduğunu iddia edir"

Millət vəkili bildirib ki, AŞPA-nın ölkəmizlə bağlı qəbul etdiyi hər hansı qərar qərəzli və yalan olduğu üçün, adi kağız parçası qədər dəyərsizdir:

"Azərbaycan Preaidenti İlham Əliyev Tərtər rayonuna səfəri zamanı söylədiyi nitqində bir daha diqqəti AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinə çəkməklə, bu təşkilatın yarıtmaz fəaliyyətinə obyektiv qiymət vermiş oldu. Düşünürəm ki, bu, bir daha kimin kim olmasını, milli maraqlarımıza qarşı kimin qərəzli mövqe tutduğunu dərk etməmiz baxımından olduqca vacib idi".

Mahir Ələkbərov / Redaktor.az