Milli Məclis jurnalistlərlə bağlı qərar verdi

 11:51 09.06.2020     845

Jurnalistlər Milli Məclisin plenar iclasa buraxılmayacaq.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata əsasən, iyunun 12-də saat 11:00-da keçiriləcək iclasa koronavirus infeksiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə bağlı bu dəfə KİV və mətbuat nümayəndələri ümumiyyətlə dəvət edilməyəcək.