Azərbaycan XİN Portuqaliyanı təbrik edib

 12:58 10.06.2020     1279

Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyanı Respublika Günü münasibətilə təbrik edib.

Redaktor.az-ın xəbərinə görə, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

“Milli bayram münasibətilə Portuqaliya Respublikasına səmimi-qəlbdən təbriklərimizi çatdırırıq. Fürsətdən istifadə edərək dost Portuqaliya xalqına möhkəm cansağlığı, uğurlar və əbədi firavanlıq diləyirik”, - deyə təbrikdə bildirilib.