Rusiyanı Cənubi Qafqazla birləşdirən bu yol bağlandı

 20:44 02.12.2019     43

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi-Gürcüstan yolu əlverişsiz hava şəraiti ilə əlaqədar Vladiqafqazda Lars yaşayış məntəqəsində yük maşınları üçün bağlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikası FHN-nin Baş İdarəsinin saytında bildirilib.

Qeyd edək ki, Vladiqafqazdan Baş Qafqaz silsiləsi ilə Tbilisiyə uzanan Hərbi-Gürcüstan yolu Rusiyanı Gürcüstan və digər Cənubi Qafqaz ölkələri ilə birləşdirir.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/world/807041.html