Bu ölkə yenidən təhlükədə: Yüzdən çox aviareys ləğv olundu

 20:59 02.12.2019     36

Filippində yüzdən çox daxili və beynəlxalq aviareys ləğv olunub. Hakimiyyət orqanları aeroportları yaxınlaşmaqda olan "Tisoy" qasırğasına hazırlayır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Filippin Mülki Aviasiya İdarəsinin baş direktoru Jim Sydiongco yerli aviadaşıyıcıları tayfun səbəbindən hava əlaqəsində yarana biləcək çətinliklərə görə qabaqlayıcı tədbirlər görməyə çağırıb.

İdarənin nəzarəti altında olan aeroportlara yüngül təyyarələrin, avadanlıqların və sənədlərin yerini daha quru və təhlükəsiz rayonlara dəyişmək, pəncərə və qapıları bərkitmək, həmçinin ikinci dərəcəli personalı evlərinə göndərmək tapşırılıb. Eyni zamanda, ölkə ərazisində bütün təlim uçuşları dayandırılmalıdır.

"Business Mirror" qəzetinin məlumatına görə, paytaxt Manila regionunun bir sıra rayonlarında və bəzi əyalətlərdə məktəblər bağlanıb. Həmçinin 4,5 min nəfər limanları tərk edə bilmir. Yerli hakimiyyət orqanları Albay əyalətində 100 mindən çox insanın məcburi təxliyəsinə başlayıb.

Qasırğanı müşayiət edən güclü leysan yağışları səbəbindən 300 minə yaxın insan daşqın təhlükəsi ilə üzləşib.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/world/807142.html