Xalq yazıçısının “Sirlərin sərgüzəşti” kitabının təqdimatı oldu - Foto

 22:11 02.12.2019     59

Bu gün Bakı Kitab Mərkəzində xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanının imza günü və təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, təqdimat mərasimində 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini, yazıçı Səyyad Aran və bir çox qələm yoldaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva qonaqları salamlayaraq, müəllifin sayca 4-cü olan bu romanının olduqca maraqlı olduğunu qeyd edib və onu oxucular üçün tövsiyyə edib.

Daha sonra çıxış edən yazıçı Səyyad Aran roman müəllifinin yaradıcılığının özünəməxsusluğundan danışaraq, onun Azərbaycan ədəbiyyatının zəngilləşməsində böyük rol oynadığını bildirib.

Müəllifin digər qələm yoldaşı tanınmış yazıçı Şərif Ağayar “Sirlərin sərgüzəşti” romanını hələ çap edilməmiş oxuduğunu qeyd edib:

"Bu roman çapa getməmişdən qabaq telefonda oxumuşdum. Ədəbiyyatımız müxtəlif insanlar tərəfindən bir çox roman yazılıb. Belə hesab edirəm ki, K.Abdullanın "Sirrərin sərgüzəşti" daha maraqlı və gözəl alınıb. Onun üslübü mənə çox maraqlı gəlir".

Sonda K.Abdulla tədbir iştirakçılarına təşəkkür edərək, onların sualını cavablayıb və oxuculara imzalı kitabını təqdim edib.

Qeyd edək ki, Xalq yazıçı Kamal Abdullanın "Sirlərin sərgüzəşti" romanı "Azərnəşr"də çap edilib.


Xəbərin mənbəyi: https://axar.az/news/kult/426187.html