Bakı sakini 6 nəfəri bu yolla aldatdı

 22:47 02.12.2019     44

Bu ilin mart ayında Bakı şəhər sakini M.Məmmədov sosial müavinət düzəltmək adı ilə 6 nəfəri aldadıb.

Axar.az xəbər verir ki, M.Məmmədovun onlardan ümumilikdə 19.800 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.


Xəbərin mənbəyi: https://axar.az/news/hadise/426195.html