İki körpə ağırlığında böyrək çıxarıldı - Tibdə İNANILMAZ hadisə - FOTO

 22:58 02.12.2019     41

Hindistanda həkimlər qeyri-adi əməliyyat həyata keçirib. Belə ki, onlar xəstənin ağırlığı təqribən 7.4 kq olan böyrəyini çıxarıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkimlər 2006-cı ildə Autosomal Dominant Polikistik Böyrək Xəstəliyi (ADPKD) diaqnozu qoyulan 56 yaşlı kişinin böyrəyini əməliyyat edib. Nəticədə onun təxminən iki körpə ağırlığında olan sol böyrəyini çıxarılıb.

Onların dediyinə görə, bu böyrək Hindistanda çıxarılan ən böyük, dünyadakı isə üçüncü böyük böyrək hesab edilir.

Bu böyrək demək olar ki, xəstənin qarın boşluğunun bütün sahəsini əhatə edib və onda həzm,qəbizlik kimi narahatlıqlara səbəb olub. Həkimlər, hələlik sağ böyrəyin yaxşı vəziyyətdə olduğunu qeyd edib. Əgər hər iki böyrək çıxarılsa idi, o zaman xəstə yeni böyrək nəqli edilənə qədər bütün ömrünü dialezə bağlı formada yaşamalı olacaqdı.

ADPKD xəstəliyi olan insanların böyrəklərinddə maye ilə dolu kistalar əmələ gəlir, və orqan şişməsi əmələ gəlir. Bu da böyrək çatışmazlığına səbəb olur. Bu cür xəstələrin böyrəklərində infeksiya, qanaxma, şişlər və ya digər fiziki problemlər yaranarsa böyrək əməliyyat vasitəsilə alınmalıdır.

Qeyd edək ki, sağlam insanlarda böyrəyin çəkisi 120 ilə 150 qram arasında dəyişir.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/807074.html