"Qarabağ" çətinliklə qalib gəldi

 23:08 02.12.2019     61

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun son matçı keçirilib.

Axar.az xəbər verir ki, "Sabah" "Qarabağ"ı qəbul edib. Xorvatiyalı Jelko Sopiçin meydan sahiblərinin baş məşqçisi postunda debüt etdiyi görüşün 74-cü dəqiqəsində Abdullah Zubir fərqlənib və "Qarabağ" matçdan 1-0 hesabı ilə qalib ayrılıb.

"Qarabağ" bu qələbədən sonra xalını 30-a çatdırıb.


Xəbərin mənbəyi: https://axar.az/news/idman/426200.html