Bakıda yol qəzası baş verib - FOTO

 23:04 02.12.2019     41

Bakıda yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, bir qədər əvvəl Ziya Bünyadov prospektində - Nəcəf Nərimanov küçəsi ilə kəsişmədə (20 yanvar dairəsi istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib: "Hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Qəza ilə əlaqədar Ziya Bünyadov prospekti əsas yolda hərəkət 20 yanvar dairəsi istiqamətində məhdudlaşdırılıb".

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/society/807184.html