Qaxda 30 yaşlı qadın itkin düşdü

 23:11 02.12.2019     65

Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə "Report"a, B.Cəmilovanın həyat yoldaşı Şəmil Cəmilov məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı bugün günorta saatlarında ikinci sinifdə oxuyan övladını məktəbdən gətirmək üçün evdən çıxıb və geri qayıtmayıb. Anasının gəlmədiyini görən övladı isə məktəbdən özü evə gəlib.

B.Cəmilova evdən çıxarkən əynində yaşıl rəngli gödəkcə, ayağında isə idman ayaqqabısı olub.

Yaxınları B.Cəmilovanın itkin düşməsi ilə bağlı Qax Rayon Polis Şöbəsinə müraciət ediblər. B.Cəmilovanı görənlərdən və ya onun barəsində məlumatı olanlardan 055-830-34-65 telefon nömrəsinə məlumat vermələri xahiş olunur.


Xəbərin mənbəyi: https://publika.az/news/hadise/297930.html