"Laborant-robot" bir ildə 100 min eksperiment həyata keçirib

 23:25 02.12.2019     61

Elmi tədqiqatlarla məşğul olmaq, laboratoriyalarda bir eksperimenti min dəfə təkrar etmək məşəqqətli iş sayılır. İndi bu işləri robotlara həvalə ediblər. Bu cür eksperimentlərdən biri də gəmilərin layihələşdirilməsi zamanı nəzərə alınan burağan silkələmələrinin tənzimlənməsidir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu mürəkkəb və ağır laboratoriya tədqiqatlarını aparmaq üçün Amerika və Britaniya alimləri tərəfindən süni intellekt bazasında "Intelligent Tow Tank" (ITT) adlı robotlaşdırılmış eksperimental platforma işlənib hazırlanıb.

Qeyd olunub ki, bu çərçivədə "laborant-robotun" hazırlanması üzrə ən çətin iş onun diqqətinin axınlara yönəldiləcəyi və müsbət nəticələrin əldə olunacağı təkrar eksperimentlərin aparılmasıdır. Adətən bu işləri laborantlar yerinə yetirirlər, lakin bu iş xüsusən istedadlı və iddialı gənc alimlər üçün yeknəsəq və darıxdırıcıdır.

"Science Robotics" jurnalında dərc olunmuş məqalədə bildirilir ki, ITT çərçivəsində artıq bir il ərzində 100 min eksperiment aparılıb. Robot tələbələrin və laborantların Bütün tədqiqat proqramlarını iki həftəyə yerinə yetirə bilib. Bu cür robotdan istifadə edilməsi elmin tətbiqi sahələrində potensial inkişaf perspektivləri yaradır, kompüterlər və insanların birgə fəaliyyəti isə tədqiqatların eksperimental fazasını sürətləndirməyə imkan verir. ABŞ və Britaniya alimlərinin süni intellekt bazasında işləyib hazırladıqları bu elmi baza sayəsində infeksiyaları təcrübəli bioloqun yerinə yetirdiyi işin dəqiqliyi ilə aşkar etmək mümkündür. "Laborant-robot" həkim-laborantları da əl əməyindən azad edəcək.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/interest/807097.html