Bakıda qəza: sıxlıq müşahidə olunur - Foto

 23:29 02.12.2019     51

Ziya Bünyadov prospektində - Nəcəf Nərimanov küçəsi ilə kəsişmədə (20 yanvar dairəsi istiqamətində) yol - nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yayıb.

"Hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Qəza ilə əlaqədar Ziya Bünyadov prospekti, əsas yolda hərəkət 20 yanvar dairəsi istiqamətində məhdudlaşdırılıb".


Xəbərin mənbəyi: https://axar.az/news/hadise/426204.html