Putindən texnologiya ilə bağlı gözlənilməz - Qərar

 00:39 03.12.2019     41

Rusiya Prezidenti Vladimir Putin elektron avadanlıqlara qabaqcadan rus dilində proqram təminatının yazılmasını nəzərdə tutan qanunu təsdiqləyib.

Axar.az xəbər verir ki, bununla da rus proqram təminatı olmayan "texniki inkişaf etmiş avadanlıqlar”ın 2020-ci ilin iyulun 1-dən ölkə ərazisində satışına qadağa qoyulub. Həmin məhsulların siyahısını Rusiya hökuməti özü təyin edəcək. Qanun layihəsinin smartfonlara, "smart” funksiyalı kompüter və televizorlara tətbiq olunacağı gözlənilir. Sənədin müəlliflərinin fikrincə, yeni sənəd Rusiyanın biznes maraqlarını müdafiə edir.

Xatırladaq ki, sözügedən qanuna daha əvvəl Apple, Samsung ve Huawei kimi texnologiya nəhəngləri qarşı çıxmışdı.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/426209.html