Bu məktəbin şagirdləri dərsə velosipedlə gedir - Video

 01:01 03.12.2019     39

Balakən rayonunun Gürcüstanla sərhəddə yerləşən İtitala kəndində şagirdlərin əksəriyyəti dərsə velosipedlə gedir.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, velosipedlə məktəbə gəlməklə həm vaxtında dərsə çatırlar, həm də bir növ idman etmiş olurlar. Məktəbin həyətində velosipedlərin qoyulması üçün xüsusi yer ayrılıb.

Qeyd edək ki, bu məktəbdə Azərbaycan və gürcü bölmələri daxil olmaqla, ümumilkdə 368 şagird təhsil alır.


Xəbərin mənbəyi: https://axar.az/news/toplum/426219.html