"Qızıl top"un sahibi bəlli oldu

 01:12 03.12.2019     41

Dekabrın 3-də Parisdəki “Şatle” teatrında FİFA və “Frans Futbol” jurnalı 2019-ci ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibinin adını açıqlayıb.

Axar.az xəbər verir ki, “Qızıl top” mükafatına Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi layiq görülüb. O, səsvermə nəticəsində “Yuventus” əsas qol silahı sayılan Kristiano Ronaldonu və “Liverpul" komandasının müdafiəçisi Virgil van Deykı qabaqlayıb.

Mərasimdə, həmçinin FİFA tərəfindən ən yaxşı qapıçı İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Beyker, ən yaxşı qadın futbolçusu ABŞ yığmasının yarımmüdafiəçisi Meqan Rapino, ən yaxşı gənc (20 yaşa qədər) futbolçusu adına isə Hollandiya millisinin və İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mateas De Liqt layiq görülüb.

“Frans Futbol” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər argentinalı Lionel Messi 6, portuqaliyalı Kristiano Ronaldo 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüb.

Xatırladaq ki, ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.


Xəbərin mənbəyi: https://axar.az/news/idman/426220.html