Bakı restoranında atışma - Foto

 01:34 03.12.2019     38

Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerləşən Bakı restoranında atışma baş verib.

Realtv.az-ın verdiyi məlumata görə, restoranda iki Qafqaz mənşəli müştərinin mübahisəsi yaranıb və davaya çevrilib.

Müştərilərdən biri atəş açaraq, bir nəfəri yaralayıb. İlk atəşlərdən sonra, hər iki qafqazlı restoranı tərk edib.

Kiyevdə "Sirena" axtarış planı həyata keçirilir.

Qeyd edək ki, bu, sutka ərzində qafqazlıların iştirak etdiyi ikinci insidentdir.

Dekabrın 1-dən 2-nə keçən gecə, 20 -yə yaxın Qafqaz mənşəli şəxs Mister Cat adlı restorana daxil olaraq, restoranın əməkdaşlarını və mühafizə xidmətini döyüb, restorana külli miqdarda ziyan vurub, hadisə yerindən qaçıblar.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/426224.html