İrəvanda Qriboyedovun abidəsi təhqir edildi - Foto

 01:45 03.12.2019     40

Ermənistanın Birləşmiş Milli Təşəbbüs Partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun İrəvandakı abidəsini təhqir edib.

Report əbər verir ki, bu barədə Şaqen Arutunyan özünün Feysbukdakı səhifəsində yazıb.

"Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim", - deyə o, sosial şəbəkədəki hesabında yazıb. Arutunyan üzərinə qırmızı rəng tökərək təhqir etdiyi abidənin fotosunu da Feysbukda paylaşıb.

Ermənistan aidiyyəti orqanları millətçi gəncin bu hərəkətinə hər hansı reaksiya verməyiblər. Onun bu hərəkətinə görə cəzalanıb-cəzalandırılmayacağı barədə məlumat verilmir.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/426226.html