Türk ordusu Suriyada itki verdi: iki şəhid var

 01:56 03.12.2019     31

Suriyada aparılan antiterror əməliyyatları zamanı Türkiyə ordusunun iki əsgəri şəhid olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əsgərlərdən biri “Sülh çeşməsi”, digəri isə “Pəncə-3” antiterror əməliyyatlarının aparıldığı bölgələrdə terrorçular tərəfindən vurulub. Bir əsgər də yaralı halda xəstəxanaya çatdırılıb.

Hadisə zamanı terror qruplaşmalarına aid hədəflər məhv edilib.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/426227.html