Moldova ölkə sakinlərin hər milyon nəfərinə düşən COVID-19 xəstələrinin sayına görə Avropada liderdir

 06:02 16.09.2020     30

Sentyabrın 7-dən 13-dək COVID-19-a yeni yoluxma saylarının əhalinin sayına nisbəti göstəricisinə görə Moldova Avropada lider olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkə artıq iki həftədir, həmin antireytinqin birinci sətirində yer alıb.

Ötən yeddi gün ərzində Moldova Respublikasında 3181 yeni yoluxma halı qeydə alınıb. Bu, pandemiya başlanan andan həftəlik balansın ikinci ən yüksək göstəricisidir.

Ötən həftə Moldova Respublikası hər milyon sakinə düşən yeni yoluxma hallarının sayına görə antirekord qeydə alınmış Fransanı və Çexiya Respublikasını qabaqlayaraq lider olub.

Ötən həftə ölüm hallarının sayı azaldığına baxmayaraq Moldova bu göstərici üzrə də artıq iki həftədir ki, liderdir. Burada hər milyon sakinə orta hesabla 17,1 ölüm faktı düşür.

Milli.Az


Xəbərin mənbəyi: https://news.milli.az/world/881376.html