Daha bir aparıcı "İdman TV"dən GETDİ - FOTO

 06:46 16.09.2020     30

"İdman TV"nin tanınmış aparıcısı İsmayıl Abdullayev sözügedən telekanaldan ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə "Facebook" məlumat yayılıb.

Bildirilib ki, şərhçinin öz istəyi ilə işindən ayrılıb.

Qeyd edək ki, bir müddət öncə "İdman TV"nin daha bir tanınmış şərhçisi Ramiz Mirzəzadə işindən ayrılaraq "CBC Sport"a keçib. İsmayıl Abdullayev isə 11 ildir "İdman TV"nin uğurları üçün çalışırdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/327878.html