Mavi Xəzərin sahilindəki möcüzə - FOTOREPORTAJ

 07:28 16.09.2020     23

Sumqayıtın mavi Xəzərin sahilində yerləşməsi ölkəmizə gələn qonaqların, turistlərin şəhərə marağını daha da artırır. Müasir şəhərsalma qaydalarına uyğun salınan şəhərin geniş küçələri, yaşıllığı, park və xiyabanları insanların istirahəti üçün əlverişli şərait yaradır.

Sumqayıtlıların sevimli istirahət məkanları sırasında 2016-cı ildə istifadəyə verilən "Sumqayıt Dənizkənarı Bulvarı" kompleksi də yer alır. Sahəsi 106 hektar, uzunluğu isə 4,2 kilometr olan yeni bulvarın ərazisi ötən il daha bir kilometr genişləndirilib. Yeni ərazidə çimərlik zonası salınıb, 292 ədəd istirahət otağının da inşa edilib.

Prezident İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarında insanların mənalı istirahəti üçün bütün zəruri infrastruktur yaradılıb.

Sumqayıt bulvarı ərazisinin böyüklüyü ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması ilə də fərqlənir və buna görə onu dünyanın bir çox məşhur turizm məkanlarına bənzədirlər.

Milli.Az AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun Sumqayıt bulvarından hazırladığı fotoreportajı təqdim edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/881548.html