Rusiya 26 peyvənd üzərində işləyir

 07:35 16.09.2020     23

Rusiyada inkişaf mərhələsində olan 26 koronavirus peyvəndi var.

Milli.Az xəbər verir ki, bu sözləri Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətin ("Rospotrebnadzor") rəhbəri Anna Popova bildirib.

"Dünyada 36 peyvənd kliniki sınaq mərhələsindədir, 92 preparatın klinik araşdırma öncəsindəki testlər aparılır, Rusiyada isə 17 elmi qurumda 26 növ peyvənd üzərində iş gedir", - Popova qeyd edib.

Onun sözlərinə görə, rəsmi rəqəmlər Rusiyada yay mövsümündə koronavirus pandemiyasının ikinci dalğasının yaşanmadığını göstərdiyini qeyd edib.

Popova "Vektor" virusologiya və biotexnologiya mərkəzində elm adamlarının 422 nümunə üzərində həyata keçirildiyi, yeni tip koronavirusda ciddi mutasiya müşahidə edilmədiyini söyləyib.

Qeyd edək ki, dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyanın dövlət tərəfindən qeydiyyata aldığı "Sputnik V"dir. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/881539.html