Rusiya və Çinin bu addımı ABŞ üçün "gecə kabusu"dur

 08:00 16.09.2020     27

Rusiya və Çinin Şimal qütbündə birgə hərəkət etməsinin mümkünlüyü ABŞ üçün “gecə kabusu”dur.

Axar.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” jurnalının yazarı Maykl Lyons öz məqaləsində yazıb.

M.Lyons bildirib ki, Arktika dünya güclərinin siyasətində açar rolunu oynasa da, amerikalı siyasətçilər nədənsə buna diqqət etmir:

“İqlim dəyişikliyi regionda yeni iqtisadi fürsətlər yaradır və dünyanın ən böyük gücləri burada hakim olmaq niyyətlərini ifadə edir. ABŞ bu mənada rəqiblərindən çox geri qalır. ABŞ-ın sahil təhlükəsizliyində sadəcə 2 buzqıran gəmi olduğu halda Rusiya ən azı 40 buzqırana sahibdir və 15 il ərzində bu rəqəm 53-ə qalxacaq”.

Yazar onu da əlavə edib ki, Çin 2 il əvvəl Arktika ilə maraqlandığını dünya ictimaiyyətinə çatdırıb:

“Pekin artıq indidən Arktika Şurasında müşahidəçi statusu alıb və Rusiya ilə əməkdaşlıq edərək bu oyunda oyunçu olmaqda qətiyyətini göstərir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/499204.html