Bill Qeytsin atası vəfat etdi - VİDEO

 08:24 16.09.2020     20

“Microsoft” kompaniyasının qurucusu Bill Qeytsin atası, məşhur xeyriyyəçi Uilyam Qeyts 94 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Bill Qeyts öz bloqunda bildirib.

“Dünən atam evdə ailəsinin əhatəsində dinc şəkildə öldü. Onu indi ifadə edə biləcəyimizdən çox darıxacağıq. Kədər, həm də minnətdarlıq hissi keçiririk. Atamın ölümü gözlənilməz deyildi, onun 94 yaşı vardı və səhhəti pisləşirdi, ona görə də illərdir həyatımızda belə gözəl bir insana sahib olduğumuz üçün nə qədər şanslı olduğumuzu düşünməyə vaxt tapdıq", - Bill Qeyts yazıb.

“New York Times” nəşrinin yazdığına görə, Uilyam Qeytsin ölümünə səbəb Altsheymer xəstəliyi olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/327881.html