Çində daha 12 nəfər koronavirusa yoluxub

 08:59 16.09.2020     23

Çinli həkimlər 12 yeni koronavirusa yoluxma faktı aşkar ediblər, bütün yoluxanlar Çinə xaricdən gəliblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Gigiyena və Səhiyyə Komitəsi bildirib.

Məlumata əsasən, sutka ərzində ölüm halı qeydə alınmayıb, 11 nəfər xəstəxanalardan evə buraxılıb.

Çində koronavirus səbəb olduğu xəstəliyin ümumi sayı 85 214-ə çatıb, 4 634 nəfər ölüb, 80 437 nəfər sağalaraq evə buraxılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/881620.html