Rusiya ABŞ-da onu prezident görmək istəyir - Tramp

 09:07 16.09.2020     27

Rusiya Demokratların namizədi Co Baydeni prezident görmək istəyir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Çox güman ki, Rusiya Baydeni istəyir. Baxın, heç kim Rusiyaya qarşı məndən daha sərt mövqe sərgiləmədi. Şimal Axını-2-yə qarşı mövqe, hərbi sahədə vəziyyət...” - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabrda baş tutacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/499210.html