Venesuela ölkə ərazisinə qanunsuz keçən ABŞ təyyarəsini vurub - FOTO

 09:13 16.09.2020     26

Venesuela hərbçiləri ölkənin hava sahəsinə qanunsuz olaraq daxil olan narkotik vasitə ilə yüklü ABŞ təyyarəsini vurublar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər naziri Nestor Reverol özünün "Twitter" səhifəsində bildirib.

"Sulia ştatında ölkənin hava sahəsini qanunsuz olaraq keçən ABŞ qeydiyyat nömrəli və narkotik maddə daşıyan təyyarə zərərsizləşdirilib", - deyən Reverol təyyarənin fotolarını paylaşıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/881623.html