İrəvanda aksiya: 5 min tələbə etiraz imzaladı

 09:36 16.09.2020     22

İrəvanda onlarla tələbə Ermənistan hökumətinin binası önündə etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, buna səbəb ölkənin bəzi universitetlərində təhsil haqlarının artırılmasıdır.

İrəvan Dövlət Universitetinin Tələbə Şurasının sədri David Apoyanın jurnalistlərə verdiyi məlumata görə, etirazçılar yürüşə İDU-nun əsas korpusundan başlayıblar.

“Koronavirusla əlaqədar bir çox tələbənin valideynləri işlərini itiriblər, onlar maddi cəhətdən əziyyət çəkirlər”, - D.Aloyan bildirib.

Etirazçılar tələblərini yazılı şəkildə hökumətə təqdim ediblər. Bəyanatı 5 mindən çox tələbənin imzaladığı bildirilir.


Xəbərin mənbəyi: https://axar.az/news/planet/499234.html