Yaponiyanın yeni baş nazirinin kimliyi müəyyənləşdi

 09:52 16.09.2020     23

Yaponiyada hakimiyyətdə olan Liberal Demokrat Partiyasının yeni sədri Yosixide Suqa ölkənin baş naziri vəzifəsinə təsdiq edilib.

Publika.az xəbər verir ki, Suqanın namizədliyi parlamentin hökumət başçısı seçkilərində son söz sahibi olan aşağı palatasında tam dəstək qazanıb. Səsvermə qanunverici orqanın veb saytında canlı yayımlanıb.

Bu gün ərzində yeni kabinetin tərkibinin elan edilməsi gözlənilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/diger/327889.html