ABŞ-ın hücum qrupu Fars körfəzinə daxil oldu

 00:30 19.09.2020     41

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmilərdən ibarət hücum qrupu Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə ABŞ HDQ-nin 5-cı operativ donanması məlumat yayıb.

Qrupun tərkibinə aparıcı atom təyyarədaşıyan gəmi – “Nimiç”, raketli kreyserləri müşahidə edən “Prinston”, “Filippin dənizləri” və həmçinin “Sterett” esminesi daxildir.

Belə ki, gəmilər Fars körfəzində regional və koalisiya partnyorları ilə birgə təlimlərdə iştirak edəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/499941.html