Kiyev və Moskva gizli danışıqlar aparır?

 01:47 19.09.2020     36

Donbas münaqişəsinin nizamlanması ilə bağlı Kiyev və Moskva arasında hər hansı sirli danışıqlar aparılmır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak deyib.

“Bu, konspirologiya sferasındandır. Konspirologiya isə hər zaman sirli danışıqlar olması ilə bağlı ideyalar verir. Bütün məsuliyyətimlə sizə deyə bilərəm ki, Rusiya Federasiyası ilə hər hansı gizli danışıqlar yoxdur və ola da bilməz”, - deyə Yermak bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Mixayıl Boqdan bildirmişdi ki, xarici xüsusi xidmət orqanları və diplomatlar Donbasla bağlı Kiyev-Moskva arasında gizli danışıqların aparıldığına inanır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/499953.html