Koronavirusdan ölənlərin sayı 944 minə çatdı - ÜST

 02:42 19.09.2020     35

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 315 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Sentyabrın 18-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 315 919 nəfər koronavirusa yoluxub, 6 037 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 30 055 710, ölənlərin isə 943 433 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/328230.html