Böyük Britaniyada da ikinci dalğa başladı

 03:13 19.09.2020     30

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkədə koronavirus pandemiyasının ikinci dalğasının başladığını elan edib.

Publika.az “İnterfaks”a istinadla xəbər verir ki, Conson bütün Avropada ikinci dalğanın başladığını bildirib.

“Mən qətiyyən daha geniş təcridetmə tədbirləri görmək istəmirəm, məktəblərin açıq olmasını istəyirik, biznesin inkişafını istəyirik”.

Conson karantinin tətbiqinin “hər kəsin arzuladığı son tədbir” olduğunu sözlərinə əlavə edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/328232.html