İçki məclislərində koronavirusa SÜRƏTLƏ YAYILIR

 04:44 19.09.2020     20

Estoniya hökuməti koronavirusa yoluxma hallarının artması ilə əlaqədar spirtli içki satışına məhdudiyyət tətbiq etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, "İnterfax" bu barədə hökumətin mətbuat xidmətinə istinadən məlumat verir.

Estoniya ərazisində məhdudlaşdırma 26 sentyabrdan 24 oktyabr tarixinə qədər tətbiq olunacaq.

Spirtli içkilərin satışına qadağa gecə saat 00:00-dan səhər saat 10:00-a qədər qüvvədə olacaq.

Hökumət rəsmilərinin apardığı araşdırma nəticəsində məlum olub ki, Estoniyada COVID-19 virusuna yoluxma xüsusilə əyləncə məclislərində daha çox qeydə alınır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/328235.html