Türkiyədə güclü yağış bir sıra problemlər yaradıb

 04:30 21.09.2020     49

Türkiyənin Artvin bölgəsində güclü yağış nəticəsində ciddi problemlər yaranıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu vilayətin Hopa və Çayeli rayonunda kiçik körpülər və yollar su altında qalıb. Ağaran şəlaləsinin məcradan çıxması ətrafda güclü daşqınlar yaradıb. Borçka-Güreşen, Hopa-Borçka şoselərində nəqliyyatın hərəkəti dayandırılıb.

Meteoroloqlar güclü yağışların davam edəcəyi barədə əhalini xəbərdar ediblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/882799.html