Moskvada ilk maşinistsiz tramvayın sınaqlarına başlanacaq

 06:30 21.09.2020     29

Moskvada ilk maşinistsiz tramvayın sınaqlarına başlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Moskva hökuməti Nəqliyyat Departamenti məlumat yayıb. Gələcəkdə maşinistsiz elektrik tramvayından şəhər nəqliyyatı kimi istifadə olunacaq.

Departamentdən bildirilib ki, sürücüsüz nəqliyyatdan daha geniş istifadə edilməsi nəzərdə tutulub. Belə ki, bu cür nəqliyyat növü bütün sutka ərzində işləyə, marşrut üzrə dəqiq hərəkət edə bilir. Bundan əlavə, sürücüsüz avtomobillər qəzaların baş verməsi ehtimalını minimuma endirir. Yol hərəkəti qaydalarının 70 faizinin sürücülərin təqsiri üzündən baş verdiyini nəzərə alsaq, sürücüsüz avtomobillər yol hərəkəti təhlükəsizliyini də artırır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/882798.html