COVID-19 mövsümi xəstəliyə çevrilə bilər

 07:00 21.09.2020     31

Koronavirus insan populyasiyasına uyğunlaşmağı bacarıb, bu səbəbdən mövsümi infeksiyaya çevrilə bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un (Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, dünyada COVID-19-dan ölüm nisbəti 7,2 faizdən 3,2 faizə qədər azalıb:

"Ölüm səviyyəsinin qlobal miqyasda azalması, yalnız müalicə üsullarındakı irəliləyişi deyil, həm də virulent xüsusiyyətlərin mümkün zəifləməsini də əks etdirə bilər".

Mütəxəssislərin fikrincə, bu proses virusun insanlara uyğunlaşmasının davam edəcəyini göstərir. Bu da yeni tip koronovirusun mövsümi KRVİ patogenlərinin strukturuna inteqrasiyasına səbəb ola bilər. (ölkə.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/882808.html