Koronavirusun müalicəsində istifadə olunan dərmanın ölümcül təhlükəsi aşkarlanıb

 07:28 21.09.2020     29

Koronavirus infeksiyasının müalicəsində istifadə olunan "Azitromisin" antibiotiki digər dərmanlarla birlikdə qəbul edilərsə, infarkta səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "JAMA Network Open" jurnalının məlumatına görə, İllinoys Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra belə bir nəticəyə gəliblər.

Mütəxəssislər "Azitromisin" qəbul edən 44 milyon xəstənin məlumatlarını analiz ediblər. Məlum olub ki, bu antibiotiki ürəyin elektrik impulslarını təsir edən preparatlarla (təzyiq dərmanları, antidepressantlar, malyariya əleyhinə dərmanlarla) qəbul etmək ürək-damar sisteminin işinin pozulması riskini 40% artırır.

Alimlər bunun fəsadı kimi ürək dayanması, huşitirmə, ürək çırpıntısı və ürək tutmalarını göstəriblər.

Qeyd edək ki, bundan əvvəl amerikalı kardioloqlar həkimlərə ürəyin işini poza biləcəyi riski ilə "Xloroksin" və "Azitromisin" yazarkən diqqətli olmağa çağırmışdı.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/882819.html