Ən faydalı və ucuz məhsulların adları AÇIQLANDI

 08:24 21.09.2020     19

İsveçin tanınmış dietoloqu Kristina Andersson insan üçün faydalı və ucuz məhsulların adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, həkimin sözlərinə görə, meyvə rasionuna ilk öncə soğanı əlavə etmək lazımdır. Çünki onun tərkibində vitaminlər, faydalı maddələr mövcuddur və bakterisid effektə malikdir. Qırmızı soğan xüsusən antioksidləşdiricilərlə zəngindir.

Kristina Andersson qeyd edib ki, kələmə də həmçinin diqqət yönəltməyə dəyər. Çünki kələm orqanizmi xərçəngdən müdafiə edən maddələri özündə saxlayır. Bu halda mədə problemlərindən əzab çəkən insanlar da kələmdən istifadə etməlidir, amma kələm çiy olmamalıdır.

Bundan əlavə, dietoloq kartof və tərkibində bir çox mineralların olduğu yerköküdən, çuğundurdan, tərəvəzlərdən istifadə etməyi məsləhət görüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/saghlamliq/328415.html