Tixanoskaya: Lukaşenko hörmətini itirib, Putin bilir...

 08:30 21.09.2020     27

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya RBK-ya müsahibəsində Rusiya Prezidenti Vladimir Putini “müdrik idarəçi” adlandırıb.

Axar.az xəbər verir ki, xanım siyasətçi Putin və Lukaşenkonu münasibətlərini şərh edib.

“O, (Lukaşenko) 9 avqustdan sonrakı hərəkətləri ilə hətta mövcud olan kiçik hörmətini də itirdi. Putin bir müdrik lider kimi bütün bunları görür”, - deyə siyasətçi bildirib.

Tixanovskaya, həmçinin deyib ki, Lukaşenkonun Belarus müxalifəti, yaxud Polşa-Litva ilə bağlı sözlərini Putin bir insanın fantaziyaları kimi qəbul edir:

“İstənilən halda Putin müdrik rəhbərdir”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/500331.html