Ruhani: ABŞ bunu bacarmadı

 08:45 21.09.2020     28

ABŞ BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiya tətbiqini bərpa edə bilmədi.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“ABŞ təhdidkar siyasətindən əl çəkməsə, layiqli cavabını alacaq”, - Ruhani bildirib.

Onun sözlərinə görə, ABŞ rəsmiləri 2,5 ildir ki, İrana qarşı beynəlxalq koalisiya qurmağa və BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etməyə çalışıblar, amma bu cəhdləri nəticəsiz qalıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/500299.html