Reznikov: Gec-tez bütün əraziləri geri qaytaracağıq!

 09:00 21.09.2020     30

Kiyev gec-tez Donbasdakı bütün ərazilərini geri qaytaracaq.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Baş nazirinin müavini Aleksey Reznikov deyib.

“Bu müharibənin Ukraynanın qələbəsi ilə başa çatacağına inanıram. Əminəm ki, qurban və zorakılıqla dolu mənfi ssenari olmayacaq. Güclü Ukrayna ordusu Donbası işğaldan azad edəcək. Bu, sadəcə zaman məsələsidir”, - Reznikov bilirib.

O əlavə edib ki, Donbasdakı qarşıdurma uzun müddət davam edəcək, lakin istənilən müharibə gec-tez sona çatır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/500319.html