Özbəkistanda koronavirusa yoluxanların sayı 51 min nəfəri ötüb

 09:15 21.09.2020     31

Özbəkistanda ötən sutka ərzində yeni növ koronavirusa 648 yoluxma halı qeydə alınıb.

Trend-in "Gazeta.uz"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Özbəkistanda yeni növ koronavirusa yoluxanların ümumi sayı 51 640 nəfərə çatıb.

Bildirilri ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 47 932 nəfəri sağalıb, 433 nəfəri isə vəfat edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/882843.html