Çində silahlı şəxs insanlara hücum etdi: yaralananlar var

 09:31 21.09.2020     25

Çinin Quançjou şəhərində (Quandun əyaləti) bıçaqla silahlanmış şəxs uşaq bağçasının yaxınlığında insanlara hücum edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlı şəxsin hücumu nəticəsində 5-i uşaq olmaqla 7 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, uşaqlardan 2-si ağır, 3-ü isə yüngül xəsarətlər alıb.

Hücum edən şəxs polislər tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır, insidentin səbəbləri və təfərrüatları müəyyən edilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/882848.html