Qazaxıstanda koronavirusa daha 45 nəfər yoluxub

 09:47 21.09.2020     26

Qazaxıstanda ötən sutka ərzində 45 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, aşkarlanan yeni yoluxma halları Nur Sultan (6) və Almatı (3) şəhərlərində, Akmolinsk (2), Atırau (2), Şərqi-Qazaxıstan (18), Jambıl (1), Qərbi-Qazaxıstan (2), Karaqanda (4), Kostanay (2), Pavlodar (1), Şimali-Qazaxıstan (4), Türküstan (1) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 307 nəfərə çatıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/882851.html