6 ayda 15 nəfər həbsdən qaçdı

 09:51 21.09.2020     25

2020-ci ilin birinci yarısında axtarışda olanların sayı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3357 nəfər olub.

Onlardan 1857 nəfəri müəyyən olunub. Bu ilin altı ayında cəzaçəkmə müəssisələrindən qaçanlar 15 nəfər təşkil edib. Cəza çəkməkdən boyun qaçıranlar 135 nəfər olub, onların 109 nəfəri müəyyən edilib.

İstintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlar 3208 nəfər təkil edib, 1748- i tapılıb.

Axtarışda olan təqsirləndirilən şəxslərin ümumi sayında 14-17 yaşda olan uşaqların sayı 21 nəfər olub, 16 nəfər müəyyən edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/500346.html