Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim oldu

 10:07 21.09.2020     34

Bakıda bacısını öldürən şəxs polisə təslim olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xəzər rayonunun Türkan qəsəbəsində bacısı, 1996-cı il təvəllüdlü Aydan Babayevanı odlu silahla qətlə yetirən Məhəmməd Babayev hadisədən sonra polisə gedib və hadisəni törətdiyini etiraf edib. M.Babayev saxlanılıb.

Təqsirləndirilən şəxsin Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə ərazi nümayəndəsinin oğlu olduğu deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/crime/882859.html